Xəbər lenti

Moskvada qətlə yetirilən Azərbaycan vətəndaşının şəxsiyyəti məlum oldu
Ölkə09:45 15.01.2014

Moskvada qətlə yetirilən Azərbaycan vətəndaşının şəxsiyyəti məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya paytaxtında qətlə yetirilən azərbaycanlının kimliyi məlum olub.

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, çoxlu sayda bıçaq xəsarətləri ilə öldürülən Azərbaycan vətəndaşı 1984-cü il təvəllüdlü Ağayev Füzuli Nizami oğludur.

Qeyd edək ki, dünən Moskvanın cənubunda saat 22.36-da polisə 2-ci Kotlyakovski döngəsi, ev 1 ünvanında insident baş verdiyi haqda məlumat daxil olub. Hadisə yerinə gedən polislər bir nəfərin bıçaqlanaraq öldürüldüyünü aşkarlayıblar.

Qətlin meyvə-tərəvəz bazasında məişət zəminində baş vermiş mübahisə zamanı törədildiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Qaynar.info