Xəbər lenti

Moskvada ticarət mərkəzi yandı
Ölkə13:05 18.02.2014

Moskvada ticarət mərkəzi yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın paytaxtı Moskvada iri ticarət mərkəzində yanğın baş verib.

"Moskva-Siti" ticarət rayonunda yerləşən "Afimoll" ticarət mərkəzində yanğınla əlaqədar binadan 2000-ə yaxın adam evakuasiya edilib. Bu barədə Rusiyanın "NTV" telekanalı məlumat verir.

İnsident nəticəsində 23 yaşlı hamilə qadının tüstüdən zəhərlənərək, həkimə müraciət etdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ticarət mərkəzinin birinci mərtəbəsində geyim dükanlarından birində baş verən yanğının sahəsi 40 kvadrat metr təşkil edib və artıq yanğın söndürülüb.

Qaynar.info