Xəbər lenti

Moskvada Xəzərin bölünməsi müzakirə edildi
Ölkə16:01 10.06.2016

Moskvada Xəzərin bölünməsi müzakirə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 8-10-da Moskva şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması ilə bağlı xüsusi işçi qrupunun xarici işlər nazirlərinin müavinləri səviyyəsində 45-ci iclası keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Nümayəndə heyətlərinin rəhbərləri Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda keçiriləcək yığıncağından əvvəl təşkil olunan bu toplantının önəmini vurğulayaraq Konvensiya üzərində işi tezliklə başa çatdırmağın vacibliyini qeyd ediblər. İlkin razılığa uyğun olaraq müzakirə zamanı diqqət gəmiçilik, sahilyanı ölkələrin Xəzər akvatoriyasındakı yurisdiksiyası, dənizin dibinin ölkələr arasında bölünməsi və istifadəsi məsələlərinə diqqət yetirilib. 

Nümayəndə heyətləri danışıqların yekunlarını müsbət qiymətləndiriblər.

İşçi qrupun növbəti iclası Qazaxıstanda keçiriləcək.

Qaynarinfo.az