Xəbər lenti

Moskvadan Lənkərana birbaşa uçacaq
Ölkə20:50 02.04.2025

Moskvadan Lənkərana birbaşa uçacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Utair” aviaşirkəti aprelin 5-dən etibarən Moskvadan Lənkərana və əks istiqamətdə uçuşlar açacaq.
"Qafqazinfo” xəbər verir ki, bu barədə "Utair”in rəsmi saytında məlumat verilib.
"Biz Xəzər dənizinə - Lənkərana reyslər açırıq! Aprelin 5-dən biz həftədə bir dəfə - şənbə günləri Moskvadan Lənkərana reyslər yerinə yetirməyə başlayacağıq”, - məlumatda deyilir.
Qeyd olunduğu kimi, Moskvadan uçuş saat 15:45-də, Lənkərandan isə saat 21:25-də olacaq. Səyahət vaxtı üç saat 40 dəqiqə çəkəcək.