
Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.
Qaynar.info aznews.az-a istinadla xəbər verir ki, hadisə bu gün saat 04:00 radələrində baş verib. Səhhəti pisləşən 48 yaşlı Elman Mixailova ilkin tibbi yardım göstərilib.
Həkimlərin səyinə baxmayaraq, adıçəkilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Nəqliyyatda Baş Polis İdarəsinin Hava nəqliyyatında polis idarəsi bildirilib ki, Elman Mixailov ürək çatışmamazlığından dünyasını dəyişib. O, bu gün səhər Bakı-Moskva reysi ilə Rusiyaya gedirmiş.
Mərhum Quba rayon sakinidir.
Qaynar.info