
Heydərabaddan (Hindistan) Moskvaya uçan “Boeing” təyyarəsi ön dayaq şassisində problem yarandığına görə Azərbaycanın paytaxtında təcili eniş etməli olub.
Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
İnformasiyaya əsasən, fövqəladə hadisə nəticəsində zərərçəkən olmayıb. Layner yedəklə təmir meydançasına aparılıb və hazırda texnikalar ona baxış keçirirlər.
Baş verən hadisə ilə bağlı digər informasiyalar dəqiqləşdirilir.
Qaynarinfo.Az