Xəbər lenti

MSK-da Cəmil Həsənli ilə bağlı qalmaqal
Ölkə11:50 29.08.2013

MSK-da Cəmil Həsənli ilə bağlı qalmaqal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəmil Həsənlinin təşəbbüs qrupunun rəhbəri Gülağa Aslanlı etiraz edib 

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin təşəbbüs qrupunun rəhbəri Gülağa Aslanlı MSK sədrinə etiraz edib.

“Qafqazinfo” xəbər verir ki, Gülağa Aslanlı namizədliyi təsdiq olunan Cəmil Həsənlinin imza vərəqələrinin bu gün onlara təqdim edilməməsinə etiraz edib. Onun sözlərinə görə, Seçki Məcəlləsində qeyd edilib ki, imza vərəqələri təsdiq olunan gün verilməlidir. Amma siz deyirsiniz ki, qərar rəsmi dərc edildikdən sonra imza vərəqələri veriləcək. Mən 2003 və 2008- ci il seçkilərində iştirak etmişəm və təsdiqlənən gün imza vərəqələri mənə verilib”.

MSK sədri prosesin qanunda nəzərdə tutulan şəkildə  həyata keçirildiyini  qeyd edib.

Qaynar.info