Xəbər lenti

MSK qərarına dəyişiklik etdi
Ölkə15:15 11.04.2013

MSK qərarına dəyişiklik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında gündəlikdə duran məsələlərin müzakirəsi zamanı təkliflər səslənib. Modern.az xəbər verir ki, toplantıda MSK-nın 2 aprel 2013-cü il tarixli protokolu təsdiq edilib. 

Bundan əlavə, seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrasından söz açılıb.

Seçki dairələrinə aid tələblərin Seçki Məcəlləsinə uyğunlaşdırılmasının vacibliyindən danışan sədr müavini Natiq Məmmədov MSK-nın 3 avqust 2010-cu il 16.61 saylı qərarına dəyişiklik edilməsi haqqında təklif irəli sürüb. Təklif yekdilliklə qəbul olunub.

Həmçinin MSK-nın normativ xarakterli aktlarına dəyişiklik də edilib. Bəzi seçki komissiyalarının tərkibində dəyişikliklə bağlı təklif dəyərləndirilib və qəbul olunub. 

Qaynar.info