Ləğv edilmiş MTN-in həbsdə olan generalları və onların əməkdaşlarının cinayət işinin materialları açıqlandıqca məlum olur ki, bu şəxslər bizneslə məşğul olub olmamasına, qanuni və ya qanunsuz işləməyinə fərq qoymadan hər kəsdən nəsə “qoparmağa” çalışıblar. İttiham aktlarında diqqət çəkən məqamlardan biri isə ilk tələb olunan rüşvətin məbləği və sonradan həmin qiymətə edilən endirimlərdir.
“Qafqazinfo” bu mövzuda qısa araşdırma apararaq “MTN endirimləri”nin siyahısını hazırlayıb.
Zərərçəkən şəxslərin ifadələrindən görünür ki, əksər şəxslərdən ilk olaraq 100 min – 1 milyon arası məbləğ tələb edilib, sonra isə güzəştlər başlayıb. Bir neçə şəxs isə ilk tələb olunan pulu tam ödəyib. Bunlardan biri də “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədovdur. T.Əhmədov ondan tələb olunan 3 milyon manatı necə deyərlər, qəpiyinə kimi ödəyib.
Bu məsələdə bir nəfərin şansı gətirib, 2 nəfərin isə köməyinə başqa bir məmur çatıb. Şansı gətirən şəxs sahibkar deyil, sıravi vətəndaş Səbuhi Məcidovdur. Bu şəxs maddi çətinlikləri olduğu üçün bağ evini satıb və 64 min manat beh alıb. Pulu aldığı obyektdən çıxan kimi MTN-çilər onu saxlayıb və nazirliyə aparıb, üstündəki pul də mənimsənilib. Ondan buraxılması üçün 300 min manat tələb olunub. Lakin qəti olaraq bu pulu verə bilməyəcəyini dedikdə o, 1 həftə nazirlikdə saxlanılıb. Sonda isə “sənin telefon danışıqlarına qulaq asmışıq, düz deyirsən, həqiqətən də pulun yoxdur”,- deyərək sərbəst buraxıblar.
Digər dövlət qurumlarında yüksək vəzifədə işləyən qohumları olduqları üçün canlarını qurtaran şəxslər isə sahibkarlar Ərəstun Nəsibov və Sabir Fərzəliyevdir. Ə.Nəsibovun buraxılmasını onun biznes ortağı Arif Vəliyevin dostu Vergilər Nazirliyinin İbtidai İstintaq Departamentinin sabiq rəisi, general Vidadi Məmmədov qudası, MTN generalı Sübahir Qurbanovdan xahiş edib. Ə.Nəsibov buraxılsa da, MTN-çilərin xahişi ilə onlar üçün “ətir səbəti” hədiyyə edib.
S.Fərzəliyev nazirliyə aparıldıqdan sonra ona “Sən Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə əlbir olub külli miqdarda dövlət əmlakını mənimsəmisən, malları qaçaq yolla ölkəmizə gətirirsən”,- deyilib və buraxılması üçün 200 min manat tələb olunub. Təsadüfən, DGK-nın qaçalmalçılığa qarşı mübarizə idarəsinin şöbə rəisi Malik adlı şəxs onun tanışı olub. Bu barədə ona məlumat verib, DGK vəzifəlisinin xahişi ilə o, sərbəst buraxılıb. Bir müddət sonra isə MTN zabiti Natiq Alıyevin xahişi ilə onun evinin taxtalarını almaq üçün 7 min manat ödəyib.
MTN-də saxlanılan 31 nəfərdən tələb olunan və endirim edilərək alınan pulların məbləğlərinin siyahısını təqdim edirik:
| Saxlanılan şəxs | Tələb olunan məbləğ | Endirimlə ödənilmiş məbləğ |
1 | “Riyad Prodakşn” MMC-nin sahibi ŞahmarQurbanov | 1 milyon | 500 min |
2 | “MTK Real”ın sahibi İlham Qasımov | 500 min | 250 min |
3 | “Azərtikinti-ATF”MMC sədri Azər Quliyev | 1,2 milyon | 190 min |
4 | “Moda” dükanınınsahibi Əbil Vəzirov | 200 min | 80 min |
5 | “Badi-Kubə”, “YeniYasamal” MTK-ların sahibi Nəsib Əliyev | 100 min | 80 min |
6 | “Karvansaray-2010”MMC-nin təsisçiləri Nadir Quliyev və Nizami Quliyev | 1 milyon | 100 min |
7 | Zərgər Elçin Hacıyev | 150 min | 80 min |
8 | “Met-ak” MMC sahibi Alik Kərimov | 50 min | 10 min |
9 | “Nart” Ticarət Mərkəzində sahibkar AydınMusayev | 500 min | 300 min |
10 | Zərgər MübarizPaşayev | 1 milyon | 225 min |
11 | Zərgər Elman Kərimov | 150 min | 100 min |
12 | Zərgər Rauf Həsənov | 600 min | 300 min |
13 | Zərgər RəşadMehrəliyev | 100 min | 65 min |
14 | Sahibkar EhtibarRzayev | 100 min | 50 min |
15 | Zərgər Azad Əzimov | 200 min | 50 min |
16 | Zərgər İlqar Əliyev | 500 min | 150 min |
17 | “Qardaşlar mebel” MMC-nin rəhbəri ƏliMirzəyev | 2 milyon | 500 min |
18 | Daşkəsən rayon icrabaşçısı Əhəd Abıyev | 1 milyon | 686 min |
19 | Sahibkar NizamiQuliyev | 200 min | 50 min |
20 | Vətəndaş ƏşrəfKabulov | 50 min | 30 min |
21 | Vətəndaş SəbuhiMəcidov | 300 min | 0 |
22 | Sahibkar Ələddinİbadov | 150 min | 50 min |
23 | “VİB” MMC rəhbəri Zabil Salmanov | 3 milyon | 437 min |
24 | Sahibkar ƏrəstunNəsibov | 1 milyon | 4 min |
25 | “Maqnit” mağazalarşəbəkəsinin sahibi Seymur Abdullayev | 500 min | 250 min |
26 | Sahibkar SalehSəmədov | 1 milyon | 300 min |
27 | Sahibkar SabirFərzəliyev | 200 min | 7 min |
28 | “Arazplast” MMC-nin müdiri Elman Muradov | 1 milyon | 80 min |
29 | Valyuta dəyişməməntəqəsi sahibi Elşən Həsənov | 500 min | 200 min |
30 | “Elnur-2” MMC sahibi Xudayar Rəhimov | 1 milyon | 200 min |
31 | Zərgər CahangirAslan | 200 min | 50 min |
Qaynarinfo.Az