Xəbər lenti

MTN generalı hökmə etiraz etdi
Ölkə05:52 11.12.2017

MTN generalı hökmə etiraz etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ləğv edilmiş MTN-nin generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyev barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş "MTN-çi”lər onlar bəraət hökmü verilməsini və müsadirə edilən əmlaklarının özlərinə qaytarılmasını istəyiblər. 
Bakı Hərbi Məhkəməsinin hökmü ilə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib.