Xəbər lenti

MTN generalının məhkəməsi təxirə salındı (SƏBƏB)
Ölkə08:39 01.02.2022

MTN generalının məhkəməsi təxirə salındı (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, buna səbəb hakim Elbəyi Allahverdiyevin koronavirus infeksiyasına yoluxmasıdır. Mövlam Şıxəliyev və digərlərinin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. 
Ötən prosesdə zərərçəkənlər diqqəti keçmiş Baş prokuror Zakir Qaralovla onun keçmiş birinci müavini Rüstəm Usubovun qanunsuz əməllərinə yönəldiblər. 
Qeyd edək ki, Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi araşdırılır.
Seyid