Xəbər lenti

MTN generalının Rusiyadakı şirkəti - “PEŞƏKAR KÖSTƏBƏK”
Ölkə08:50 04.11.2016

MTN generalının Rusiyadakı şirkəti - “PEŞƏKAR KÖSTƏBƏK”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq MTN generalı Akif Çovdarovla bağlı maraqlı məlumat yayılıb.
Rusiyadakı etibarlı mənbələrdən Lent.az-a daxil olan məlumata görə, bir vaxtlar Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində taxta emalı və satışı ilə məşğul olan general orada özünə şirkət də qurubmuş.
Mənbənin dediyinə görə, bu şirkətin adı “Krot-Professional” olub. Şirkət taxta emalı və satışı, habelə mebel istehsalıyla məşğul olub. Yeri gəlmişkən, “Krot” azərbaycanca “köstəbək” deməkdir. Heç kimə sirr deyil ki, xüsusi xidmət orqanı əməkdaşlarının tez-tez müraciət etdikləri ləqəblərdən biri də “köstəbək”dir.
Yeri gəlmişkən, Çovdarovun Servodakı taxta emalı zavodu qarşısındakı fotoları da var. Həmin fotolarda onun yanındakıların kimliyi isə bizə məlum deyil. 
Qaynarinfo.Az