Xəbər lenti

MTN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi
Ölkə14:13 04.11.2014

MTN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbycan Milli Təhlükəsizlik Nazirliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. 
Qaynar.info xəbər verir ki, “Facebook” sosial şəbəkəsində adında Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası ilə əlaqəli rekvizitlərin (ad, simvol və s.) olduğu bəzi hesab, səhifə və qruplar mövcuddur. 
Nazirlik həmin sosial şəbəkə resurslarının Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti olmadığını açıqlayıb. 
Nazirlikdən onu da bildiriblər ki, Nazirliyin fəaliyyəti ilə bağlı informasiyalarda müvafiq hesab, səhifə və qruplardakı məlumatlara istinad olunmamalıdır.
Qeyd edək ki, nazirliyin rəsmi sosial şəbəkə resursları aşağıdakılardır:
1. "Facebook" sosial şəbəkəsində - "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi" səhifəsi (www.facebook.com/azerbaijanmns);
2. "Twitter" sosial şəbəkəsində - "MTN Azərbaycan" səhifəsi (twitter.com/AzerbaijanMNS).
Qaynar.info