
"Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə bağlı zəruri olan dekoderləri alarkən qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir".
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri, professor İsa Məmmədov deyib.
Onun sözlərinə görə, əhali dekoderləri 25-30 manata əldə edə bilər: "Qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir. Çünki bir sıra kanallarda HD formatında verilişlər yayımlanır. İstifadəçilər özləri də aparatı qoşa bilərlər. Rəqəmsal yayımın üç - stasionar, daşınan və və mobil formaları var. Bunların hər üçündən istifadə etmək olar".Qaynarinfo.Az