Xəbər lenti

MTRŞ-dan "fahişə qalmaqalı" ilə bağlı açıqlama
Ölkə15:33 30.06.2015

MTRŞ-dan "fahişə qalmaqalı" ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün “Space” telekanalının “Günaydın” verilişi ilə bağlı yayılan videogörüntlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzu olub. Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov məsələ ilə bağlı Modern.az saytına açıqlama verib. 
O qeyd edib ki, verilişdə baş verənlərlə bağlı xüsusi arayış tərtib olunub: “Günaydın" verilişində baş verən hallar təəssüf doğurur. Hazırda tərəfimizdən araşdırma aparılır. Xüsusi arayış tərtib olunub. Efirdə söyüşün getməsinin qarşısı alınsa da qarşılıqlı təhqirlər diqqəti cəlb edir. Bu cür hallar yolverilməzdir”.
T.Dadaşov deyib ki, xüsusilə də canlı yayım olmadığı üçün bu halın qarşısını almaq olardı: “Görünür, kanal reytinq xatirinə buna yol verib. Çox təəssüf ki, reytinq xatirinə bəzən milli dəyərlər nəzərə alınmır. Bu, bəzi özəl telekanallarımızın probleminə çevrilib. "Günaydın" kimi verilişlərdə daha ciddi mövzular müzakirə olunsa daha yaxşı olar”.
Qeyd edək ki, verilişin qonağı olan yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədova arasında dava düşüb. Əziz Musaoğlu sənətçinin geyiminə irad bildirib və bundan sonra müğənni Manaf Ağayev də məsələyə müdaxilə edib: "Şou-biznesdə elə kişilər var ki, sənin heç nəslində elə kişi yoxdur".
Ardınca Əsədova ayağa qalxaraq qonağın üzərinə gedib. Bu addım tərəflər arasındakı söz atışmasını bir qədər də qızışdırıb. Əsədovanın “mən müğənniyəm, bəs sən kimsən” sualına qonaq ona ağır belə cavab verib.  4
Qaynar.info