Xəbər lenti

MTRŞ-nın ANS-ə qarşı iddiası təmin edildi
Ölkə16:26 23.12.2016

MTRŞ-nın ANS-ə qarşı iddiası təmin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə “ANS Müstəqil Yayım və Media” Şirkəti arasında “Abşeron” serialının çəkilişi üçün ayrılmış dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyi üçün qaytarılmasına dair şikayətlə bağlı növbəti iclas keçirilib.
APA-nın xəbərinə görə, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı yekunlaşdırılıb.
Məhkəmədə MTRŞ-nin iddiası təmin olunub.
Qeyd edək ki, MTRŞ “ANS Müstəqil Yayım və Media Şirkəti”ni məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib. ANS də bundan qarşılıqlı şikayət verib.
Qaynarinfo.Az