Xəbər lenti

"MTV Azərbaycan" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5000 manat bağışladı
Ölkə08:26 23.03.2020

"MTV Azərbaycan" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5000 manat bağışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"MTV Azərbaycan" musiqi kanalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Qaynarinfo xəbər verir ki, kanal Fonda 5000 manat pul küçürüb. 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Dünən oronavirusla Mübarizəyə Dəstək Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb.
Prezident İlham Əliyev bir illik maaşını Fonda ianə edib.