Xəbər lenti

Mübariz İbrahimov yenidən Türkiyə mediasında - VİDEO
Ölkə07:54 24.05.2014

Mübariz İbrahimov yenidən Türkiyə mediasında - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Şəhid düşənə qədər tam 45 düşmən əsgərini öldürdü"

Türkiyənin TRT1 kanalında yayımlanan məşhur “Sakarya Fırat” serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən səhnə Türkiyə mediasında yenidən gündəmə gəlib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TRT AVAZ telekanalı qeyd edilən səhnə ilə bağlı reportaj hazırlayıb. Xəbərdə bildirilir ki, “Sakarya Fırat” serialında Milli Qəhrəmanı Mübariz İbrahimov haqda səhnəyə yer verilməsi Azərbaycanda da coşqu ilə qarşılanıb. 

Qeyd edək ki, “Sakarya Fırat” serialında əsgərlərdən biri digər əsgər yoldaşlarına Mübariz İbrahimov haqqında danışır: “Şəhid düşdü. Amma şəhid düşənə qədər tam 45 düşmən əsgərini öldürdü. Cəsədinə belə işgəncə verdilər. Azərbaycanlılar şəhidin nəşini ancaq iki ay sonra ala bildilər. Hələ də əlləri bağlıydı. Adamın cəsədindən belə qorxmuşdular”.

Xatırladaq ki, Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmən əsgərlərini məhv edərək şəhid olub. Hərbçimizin meyidini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Lakin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan Mübariz İbrahimov, eləcə də şəhid zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verdi.

Prezident İlham Əliyev iyulun 21-də gizir Mübariz İbrahimova Azərbaycanın Milli qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb.