Xəbər lenti

Mübariz Mənsimov türk qızına 500 min avro bağışladı
Ölkə20:27 15.04.2014

Mübariz Mənsimov türk qızına 500 min avro bağışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xərçəng xəstəliyindən əziyyət çəkən Tuananın hesabına 500 min avro köçürülüb.

“Axar.az” xəbər verir ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov 2 yaşlı Tuanaya kömək əlini uzadıb. Belə ki, o, xərçəng xəstəliyindən əziyyət çəkən Tuananın hesabına 500 min avro köçürdüb. Balaca körpə valideynləri ilə birlikdə müalicəsini davam etdirmək üçün 2 illik Almaniyaya yola salınıb. 

Qeyd edək ki, 2 yaşlı Tuana Gülbən Ərgənin “ŞouTV”də apardığı verilişə qonaq qismində gətirilib və ona kömək lazım olduğu vurğulanıb. Veriliş vaxtı Mübariz Mənsimovun işçisi studiyaya zəng edərək kömək etməyə hazır olduğunu bildirərək, uşağın hesabına 500 min avro köçürüləcəyini qeyd edib.

Qaynar.info