Xəbər lenti

Müdafiə naziri: Orduda bütün infrastrukturun yenilənməsi gələn il tam başa çatdırılacaq
Ölkə12:40 11.01.2020

Müdafiə naziri: Orduda bütün infrastrukturun yenilənməsi gələn il tam başa çatdırılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən ildə hərbi qulluqçuların xidməti fəaliyyətinin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli sayda hərbi obyektlər istifadəyə verilib.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 11-də keçirilən xidməti müşavirədə deyib.
O, bu işlərin cari ildə də davam etdiriləcəyini qeyd edib: 
"Ali Baş Komandanın tapşırığına əsasən, 2021-ci il də daxil olmaqla Azərbaycan Ordusunun bütün infrastrukturunun yenilənməsi prosesi tam başa çatdırılacaq”.