Xəbər lenti

Müdafiə naziri səyyar toplantı keçirdi
Ölkə08:13 11.01.2014

Müdafiə naziri səyyar toplantı keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanvarın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib. Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.
 
Toplantı Azərbaycan prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə keçirilib.


Qaynar.info