Xəbər lenti

Müdafiə Nazirliyi açıqlama verdi: Belə hərbi qulluqçumuz yoxdur
Ölkə18:27 09.09.2019

Müdafiə Nazirliyi açıqlama verdi: Belə hərbi qulluqçumuz yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb. 
Açıqlamada deyilir: "Bəzi elektron KİV-də Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Fuad Axundovun cinayət işi üzrə məhkəmə prosesinin keçirilməsi barədə məlumat yayılıb. Məlumatlarda F.Axundovun hərbçi olduğu qeyd edilib.
Bildiririk ki,  Azərbaycan Ordusunda Fuad Axundov adında hərbi qulluqçu xidmət etmir. Məlumatdan istifadə zamanı bu fakta diqqət etməyinizi xahiş edirik".