Xəbər lenti

Müdafiə Nazirliyi: "Bu, dezinformasiyadır"
Ölkə12:33 09.11.2013

Müdafiə Nazirliyi: "Bu, dezinformasiyadır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Beyləqanda tankın qəza törətməsi məlumatı dezinformasiyadır"

Azərbaycan Müdafiə Nazirliyi Beyləqanda tankın qəza törətməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Beyləqan rayonu ərazisində hərbi hissəyə məxsus tankın guya yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı məlumat yer alıb: «Müdafiə Nazirliyi olaraq bildiririk ki, bu məlumatın heç bir əsası yoxdur və xəbər dezinformasiya xarakteri daşıyır. Həmçinin, tövsiyə edilir ki, hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmalıdır və dəqiqləşdirilmədən verilməsi məqsədəuyğun deyil».

Qeyd edək ki, ötən gün bəzi KİV-də noyabrın 7-də Beyləqanda yol ilə hərəkət edən tankın iki avtomobili əzərək daha sonra kanala düşməsi barədə məlumat yayılıb.

Qaynar.info