Xəbər lenti

Müdafiə Nazirliyi "Facebook" istifadəçilərinə müraciət etdi
Ölkə05:48 07.04.2016

Müdafiə Nazirliyi "Facebook" istifadəçilərinə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyinin mətbuat xidməti "Facebook" istifadəçilərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi "Facebook" səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, "Facebook" sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır: “Rəsmi olaraq bildiririk ki,  https://www.facebook.com/www.mod.gov.az  səhifəsindən başqa yaradılan səhifələrin heç biri Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.

"Facebook" istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.

Qaynar.info