Xəbər lenti

Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirdi
Ölkə15:24 17.06.2020

Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə və bəzi saytlarda ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.