Xəbər lenti

Müdafiə Nazirliyindən “ermənilər Naxçıvana hücum edib” xəbərinə - reaksiya
Ölkə13:28 07.06.2014

Müdafiə Nazirliyindən “ermənilər Naxçıvana hücum edib” xəbərinə - reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır” 

Bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb. “Qafqazinfo”nun xəbərinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu məsələ ilə əlaqdar açıqlama verib.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir: “Yayılan məlumatların heç bir əsası yoxdur və yalandır. Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır”.

Qaynar.info