Xəbər lenti

Müdafiə Nazirliyindən itki xəbərləri ilə bağlı açıqlama
07:34 01.03.2015

Müdafiə Nazirliyindən itki xəbərləri ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin guya şənbə günü günorta saatlarında ölkə Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumatı təkzib edir. Bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
V. Dərgahlı bildirib: “Ermənistan KİV-lərinin guya Azərbaycan Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumat həqiqətə uyğun deyildir”.
Ermənistan KİV-ləri, həmçinin hərbi toqquşma zamanı Ermənistanın iki hərbçisinin – Artak Sedrakoviç Agekyan (1979-cu il) və Ayk Qrioqoroviç Baroyan (1995-ci il) – öldürüldüyü barədə məlumat yayıblar.
Qaynar.info

Oxşar xəbərlər