Xəbər lenti

Müdafiə Nazirliyindən növbəti əsgər intiharı ilə bağlı rəsmi AÇIQLAMA
Ölkə07:17 04.03.2013

Müdafiə Nazirliyindən növbəti əsgər intiharı ilə bağlı rəsmi AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissədə baş verən ölüm faktı ilə bağlı cinayət işinin açıldığını bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, martın 3-də saat 21.50-də N saylı hərbi hissənin əsgəri 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş açıb, nəticədə o, aldığı güllə yarasından dünyasını dəyişib.

Hadisə ilə baglı cinayət işi başlanıraraq, istintaq araşdırması aparılır.

Məlumata görə, isə həmçinin martın 3-də N saylı hərbi hissəsinin əsgəri 1993-cü il təvəllüdlü Heydərov İbrahim Rauf oğlu piyada əleyhinə minaya düşüb. Yaralı əsgər hospitala yerləşdirilib.

Qaynar.info