Xəbər lenti

Müdafiə Nazirliyindən ruspərəst təyinatlarla bağlı AÇIQLAMA
Ölkə06:42 21.05.2014

Müdafiə Nazirliyindən ruspərəst təyinatlarla bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyi Rusiyapərəstlərin vəzifəyə gətirilməsi iddialarına cavab verib. 

“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat xidməti məsələ ilə bağlı Publika.Az-ın sorğusuna cavabında bu iddiaları əsassız adlandırıb: “Təyin olunan kadrların hamısı əvvəllərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində yüksək vəzifələrdə xidmət ediblər. Bu səbəbdən də irəli sürülən iddianın heç bir əsası yoxdur”.

MN aparılan islahatların  əsas məqsədini də açıqlayıb.

“Məqsəd Silahlı Qüvvələri daha da möhkəmləndirmək və onun döyüş qüdrətini artırmaqdan ibarətdir”-deyə sorğunun cavabında bildirilir.

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyası Müdafiə Nazirliyində ruspərəst kadrların vəzifəyə gətirilməsindən ciddi narahatlığını ifadə edib.

ADP ölkəmiz üçün Rusiya təhlükəsinin getdikcə daha qabarıq şəkildə ortaya çıxdığı bir vaxtda bu cür kadrların milli və dövlət maraqlarımıza zidd olduğunu bildirib və Ali Baş Komandan kimi İlham Əliyevi Müdafiə Nazirliyində aparılan kadr islahatlarını bir daha nəzərdən keçirməyə çağırıb.

Qaynar.info