Xəbər lenti

Müdafiə Nazirliyinin daha bir sabiq əməkdaşı həbs olundu
Ölkə12:07 08.06.2022

Müdafiə Nazirliyinin daha bir sabiq əməkdaşı həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının sabiq sədri həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə 22.10.2021-ci il tarixdə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə yekun ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilib. 
Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 06.06.2022-ci il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.