Xəbər lenti

Müdafiə Nazirliyinin keçmiş əməkdaşı həbs edildi
Ölkə06:00 10.01.2014

Müdafiə Nazirliyinin keçmiş əməkdaşı həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq axtarışa verilən keçmiş əməkdaşı Moskvanın Domodedovo aeroportunda həbs olunub. 

Rus mətbuatı xəbər yayıb ki, axtarışda olan Azərbaycan vətəndaşının həbsi barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Adı açıqlanmayan keçmiş nazirlik işçisi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıq fəaliyyətinə görə beynəlxalq axtarışa verilmişdi. İstintaqın nəticələrinə görə 2010-cu ildə Müdafiə Nazirliyində işləyən zaman o, vəzifəsindən sui-istifadə edərək mühasibat sənədlərini saxtalaşdırıb və bununla Azərbaycan dövlətinə 125 min dollar zərər vurub. 

2011-ci ildə saxta sənədlərlə Azərbaycan –Rusiya sərhədlərini keçərək İrkutsk vilayətinin Nijeudinsk rayonunda yaşamağa başlayıb. Lakin yerli polislər onun şəxsiyyətini müəyyən edərək həbs etmək istəsələr də keçmiş hərbçi təhlükəni hiss edərək İrkutsk-Moskva aviareysi ilə Moskvaya gəlib. Lakin İrkutskdan ötürülən məlumat əsasında onu Moskvanın “Domodedovo” hava limanındakı polis əməkdaşları həbs ediblər. Hazırda faktla bağlı araşdırmalar aparılır. (AzVision.az)

Qaynar.info