Xəbər lenti

Müdafiə Nazirliyinin qarşısında olay: hərbçi damarlarını doğradı
Ölkə07:09 22.03.2014

Müdafiə Nazirliyinin qarşısında olay: hərbçi damarlarını doğradı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keçmiş hərbçi Müdafiə Nazirliyinin binası qarşısında damarlarını doğradı!

Bakı şəhərində keçmiş hərbçi damarlarını kəsib. Paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə parlament prospekti 3 ünvanında, Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısında baş verib.

Bakı şəhər sakini, keçmiş hərbçi, 1972-ci il təvəllüdlü Alim Məhəmməd oğlu Əhmədov Müdafiə Nazirliyinin qarşısında sol qolunun damarlarını doğrayıb.

A. Əhmədov ayağında şiş olduğu üçün Müdafiə Nazirliyinə qəbula gəlib, lakin onu heç kim qəbul  etmədiyinə görə özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info