Xəbər lenti

Müdafiə Nazirliyinin sabiq əməkdaşı oğlunun nişan günündə vəfat etdi
Ölkə06:39 24.12.2023

Müdafiə Nazirliyinin sabiq əməkdaşı oğlunun nişan günündə vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Nazirliyinin (MN) sabiq əməkdaşı Ədalət Teymurlu vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.
Onun sözlərinə görə, mərhum Ə.Teymurlu ötən əsrin 90-cı illərində MN-in Mətbuat Xidmətində, o cümlədən Sənədli Filmlər Kinostudiyasında zabit kimi xidmət keçib.
"Bu gün (dünən-red.), dekabrın 23-də Ədalət qardaşımız öz doğma oğlu Teymura günün birinci yarısında nişan məclisi düzənləmişdi və yaxın vaxtlarda evinə gəlin gətirməyə hazırlaşırdı", deyə Ü.Cəfərov qeyd edib.