Xəbər lenti

"Müdafiə xərclərinin artırılması ehtiyacdan doğur" - Ekspert
Ölkə09:42 04.09.2020

"Müdafiə xərclərinin artırılması ehtiyacdan doğur" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanın torpaqlarının işğal altında olduğunu və çox həssas bir bölgədə yerləşdiyimizi nəzərə alaraq hərbi xərclərin artırılması məntiqlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Maliyyə Nazirliyi tərəfindən təqdim olunan dövlət büdcəsi layihəsində ölkənin müdafiə xərclərinin artırılmasını şərh edərkən deyib. 
Onun fikrincə, buna səbəb Qarabağ münaqişəsinin hələ həllini tapmamasıdır:
"Tovuz hadisələri zamanı da gördük ki, istəlinən an müharibə alovlana bilər. Ermənistanın və onun arxasında duran digər ölkələrin təxribatları daim davam edə bilər. Və buna cavab verə bilən güclü, yaxşı təhciz olunmuş orduya ehtiyac var. Ona görə də müdafiə xərclərinin artırılması ehtiyacdan doğur. Əgər Azərbaycanın Qarabağ problemi və torpaqları işğal altında olmasaydı, hərbi sahəyə ayrılıan xərcləri sosial sahələrdə yönləndirmək olardı”. 
Natiq Cəfərli bildirib ki, təəssüf ki, Ermənistanın işğalçı siyasəti və son zamanlar daha aqresiv davranma cəhdləri Azərbaycanı da adekvat addımlar atmağa məcbur edir:
"Ona görə də hərbi xərclərin artırılmasına ehtiyac var. Bu ehtiyac da Ermənistanın təcavüzünün davam etməsi ilə əlaqədardır”.
Qeyd edək ki, Azərbaycanın 2021-ci il üzrə dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsi açıqlanıb. Layihəyə əsasən, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2021-ci il və orta müddətli dövrdə də davam etdiriləcək. Gələn il müdafiə və təhlükəsizlik xərcləri dövlət büdcəsi xərclərinin funksional təsnifatının bölmələri üzrə xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi 15,3 % həcmində olacaq. 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il müdafiə və təhlükəsizlik xərclərinə ayrılacaq vəsaitin həcmi 3 milyard 954 milyon 667 min 500 manat olacaq.
Bahar Rüstəmli