Xəbər lenti

Müəllim işləmək istəyənlərin nəzərinə!
Ölkə07:11 30.08.2013

Müəllim işləmək istəyənlərin nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda orta məktəblərə müəllimlərin işə qəbulu zamanı tələb olunan keçid balının aşağı salınmasının tərəfdarı deyilik

Trend-in məlumatına görə bunu jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, müəllim olmaq üçün müəyyən biliklərə malik olmaq lazımdır. O biliklərə malik olmayan namizədlər müəllim işləmək üçün növbəti illərdə imtahan verməlidirlər.

Təhsil naziri müəllimlərin əmək haqqının artırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən yeni təkliflərin hazırlanıb-hazırlanmamasına da aydınlıq gətirib:

"Bu təkliflər kifayət qədər işlənilmiş, təhsil sahəsinin qarşısında duran problemlərin həlli istiqamətində düzgün addım olmalıdır. Əsas məsələ "nə etmək" sualı deyil, necə etməkdir. Bu çox kritik bir məqamdır."

Nazirin sözlərinə görə, müəllimlərin əmək haqqının artırılması ilə bağlı təklif olunan sistem elə olmalıdır ki, o müəllimlərin həvəsləndirilməsinə, öz peşəkar keyfiyyətlərinin artırılmasına və hər bir müəllimin layiqli həyat şəraitinin yaradılmasına xidmət etsin.

Qaynar.info