Xəbər lenti

Müəllim özünü asdı - Ağcabədidə
Ölkə10:00 07.02.2015

Müəllim özünü asdı - Ağcabədidə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Ağcabədi şəhərinin Sərdar Bünyadov küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Ağayev Ramil Ədil oğlunun asılmış meyiti aşkar edilib. 
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən bildirilib ki, R. Ağayev rayonda yerləşən 8 saylı orta məktəbdə müəllim işləyirmiş. Faktla bağlı araşdırma aparılır.
Qaynar.info