Xəbər lenti

Müəllimindən 5 aylıq hamilə olan XI sinif şagirdi anasıyla niyə görüşməyib?
Ölkə10:58 19.05.2020

Müəllimindən 5 aylıq hamilə olan XI sinif şagirdi anasıyla niyə görüşməyib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Lerikdə müəllimindən 5 aylıq hamilə olan 11-ci sinif şagirdi ekspertiza olunacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Sədr bildirib ki, qız özünü artıq ana kimi hiss edir:
"Qızın vəziyyəti yaxşıdır. Hamiləliyi ilə bağlı hər hansı problem yoxdur. Abort barədə müzakirə belə gedə bilməz. Rayon İcra Hakmiyyətindən tez-tez zəng edib maraqlanırlar. Amma qohumlarını yaxın qoymuruq. Bura gələndən heç kimlə görüşməyib, hətta anasını da görməyib. Əvvəldən danışılıb, heç kəsi bura buraxmırıq”.
Qeyd edək ki, Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xatırladaq ki, Lerik rayonun Kirəvud kənd sakini, 2003-cü il təvəlüdlü, 11-ci sinif şagirdinin 59 yaşlı rus dili müəllimdən hamilə qalması haqda xəbəri ilk dəfə Qaynarinfo.az gündəmə gətirib.
Bahar Rüstəmli