Xəbər lenti

Müəllimlərin əmək haqları ilə bağlı Təhsil Nazirliyindən açıqlama
Ölkə10:25 26.01.2015

Müəllimlərin əmək haqları ilə bağlı Təhsil Nazirliyindən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sərəncamda müəllimlərin əmək haqlarının nə qədər artdığı konkret olaraq göstərilmir".

 Bunu Təhsil Nazirliyinin şöbə müdiri İlham Nağıyev "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməyi ilə bağlı Fəaliyyət Planına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müəllimlərin əmək haqlarının nə qədər qalxacağı bilinmir: "Yəni əmək haqları saatlara uyğun olacaq. İndi bir maaş dərəcəsi 12 saatla yox, 18 saatla hesablanır."

Əmək haqqının müzakirəsinin mürəkkəb proses olduğunu bildirən Nazirliyin şöbə müdiri Emin Əmrullayev "istənilən halda, müəllimin bir saat üçün əmək haqqı yükününü artdığını" söyləyib.

Nazirliyin şöbə müdiri Aydın Əhmədov bildirib ki, müəllimə verilən dərs yükü 18 saatdır: "Söhbət sınaq qiymətləndirmədə iştirak edən müəllimlərdən gedir. Yəni bir müəllimin dərs yükü 18, digərininkinin isə 20 saatdırsa, bu dərs yükü də 18 saat kimi hesablanacaq. SalamNews

Qaynar.info