Xəbər lenti

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları başlayır
Ölkə17:22 17.05.2019

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına başlanılır.
Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, sınaq imtahanları mayın 18-dən 30-dək Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək. 
Sınaq imtahanlarında 7 mindən çox şəxsin iştirakı gözlənilir. İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib. İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.