Xəbər lenti

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlandı
Ölkə08:20 04.09.2019

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 3-də müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub.
Bu barədə Qaynarinfo-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabr ayının 10-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.