Xəbər lenti

Müəllimlərin maaşı artdı
Ölkə06:52 30.09.2014

Müəllimlərin maaşı artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşlarının əmək haqları artırılıb. 

ATU-nun mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, universitetin rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə əməkdaşların əmək haqqının artımı haqqında qərar qəbul olunub.

Rektorun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 %-dən çox artırılıb. Əmrin oktyabr ayından qüvvəyə minəcəyi, ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunacağı qeyd edilib.

Qeyd olunub ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25% yüksəldilməsi haqqında qərar verilib.

Qaynar.info