Xəbər lenti

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir
Ölkə18:14 20.07.2023

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müsabiqənin vakansiya seçimi mərhələsində vakant yer seçmək imkanı əvvəlcə müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.
Namizədlər 22 iyul saat 11:00-dan 25 iyul 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.
Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.