Xəbər lenti

Müəllimlərlə bağlı Nazirlər kabinetinə müraciət
Ölkə14:00 20.04.2015

Müəllimlərlə bağlı Nazirlər kabinetinə müraciət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Təhsil Nazirliyi regionlardakı müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsinin keçirilməsi təklifi ilə Nazirlər Kabinetinə müraciət edib. 

Qaynar.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Hazırda Nazirlər Kabinetində həmin təklifə baxıldığını deyən M.Cabbarovun sözlərinə görə, Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Bakıda ali, orta ixtisas təhsili və ümumtəhsil müəssisələrində tədris müddətinin mayın sonunda başa çatdırılması əvvəlcədən planlaşdırılmış addım idi.

M.Cabbarov qeyd edib ki, "Son zəng"in keçirilməsi ilə bağlı ümumtəhsil müəssisələrinə əmr verilir: "Bu il də bununla bağlı əmr imzalanacaq və orada bütün məsələlər öz əksini tapacaq".

Qaynar.info