Xəbər lenti

Müğənnilərin məhkəməsi bitdi: 4 min manat cərimə...
Ölkə12:08 03.05.2019

Müğənnilərin məhkəməsi bitdi: 4 min manat cərimə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Təranə Qumralla Nazənin arasındakı məhkəmə prosesi başa çatıb. 
Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, Təranə "Hər şey daxil" verilişində məhkəmənin qərarından danışıb. O bildirib ki, Nazəninə pul ödəyəcək:
"Deyirlər ki, mən şikayət etmişəm. Heç bir məhkəməyə şikayət ərizəsi verməmişəm. Bütün şikayətləri qarşı tərəf edib. Nərimanov məhkəməsində qərar çıxdı. Mən üzr istəmədiyim üçün onlara 4 min pul ödəyəcəm. Qarşı tərəf qərarla razılaşmadı və Apelyasiya Məhkəməsinə müraciət etdi. Orda da qərar qüvvədə saxlanıldı. Sonra verdilər Ali Məhkəməyə. Yenə də qərar qüvvədə qaldı. Qərar icraya göndərildikdən sonra gedib 4 min manatımı ödəyəcəm".
Qeyd edək ki, Təranə ilə Nazənin arasında qalmaqal keçmiş ANS kanalında Rövşanə Ağasəfqızının proqramında yaşanmışdı. Onlar bir-birinin ünvanına təhqirlər səsləndirmişdi.