Xəbər lenti

Müəssisə rəhbərinin 450 min manatını mənimsəyiblər - Bakıda
Ölkə10:55 12.04.2016

Müəssisə rəhbərinin 450 min manatını mənimsəyiblər - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda müəssisə rəhbərinin 450 min manatını mənimsəyiblər

Bu barədə "Beyləqan-Taxıl" SC-nin sədri Süleyman İsmayılov polisə müraciətində bildirib.

Məlumata görə, Beyləqan rayon sakini, 1952-ci il təvəllüdlü Süleyman İsmayılov polisə müraciət edərək bildirib ki, 2011-ci ilin fevral ayında Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Nadir Əliyev onun etibarından sui-istifadə edərək, 450 min manat alıb. Lakin 5 ildən çox müddət keçməsinə baxmayaraq pulunu qaytarmayıb.

S.İsmayılovun müraciəti ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Süleyman İsmayılov "Beyləqan-Taxıl" SC-nin sədri, YAP-ın üzvüdür. Beyləqanda bələdiyyə üzvü olub.//musavat

Qaynar.info