
“Turan” xəbər verir ki, cərrahi müdaxilə zərurəti fevralın 20-də jurnalistin BDU tələbələrinin aksiyası zamanı kürəyindən xəsarət almasından sonra kürəyində və ayaqlarında yaranmış kəskin ağrılarla əlaqədar ortaya çıxıb.
Həmin vaxt BDU mühafizə xidmətinin rəhbəri Mahir Höcətov tələbələrin aksiyasını çəkən jurnalistin kürəyinə və başına arxadan bir neçə yumruq-təpik vurmuşdu.
Bundan sonra jurnalist polisə müraciət etmiş və tibbi müayinədən keçmişdi.
“Turan”ın məlumatına görə, həkimlər xəsarətləri müəyyən ediblər və müalicə yazıblar. Lakin dərman və prosedurlarla ağrılardan qurtulmaq mümkün olmayıb və son günlər Tapdıq Fərhadoğlunun vəziyyəti kəskin şəkildə pisləşib. Tomoqrafiya nəticələrinə görə jurnalistin onurğa diski sürüşüb.
Cərrahi əməliyyat “Baku Medikal Plaza”da həyata keçirilib. Cərrah Zaur Aslanov deyib ki, əməliyyatda məqsəd onurğalararası diskdə yırtığı aradan qaldırmaq olub.
Həkimin sözlərinə görə, bu xəstəlik bir çox səbəbdən baş verə bilər və alınmış xəsarətlər xəstəliyin ağırlaşmasının səbəblərindən biri ola bilər.
Zaur Aslanov qeyd edib ki, əməliyyat uğurlu keçib, sabahdan jurnalist ayağa qalxa biləcək və xəstəxanadan çıxarılacaq. Ev şəraitində tam reabiliyasiya üçün 2-3 həftə tələb olunacaq.
Qaynar.info