XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Müharibə başlayandan bəri Ukraynada nə qədər amerikalı həlak olub? - WP
Dünya13:56 29.05.2023

Müharibə başlayandan bəri Ukraynada nə qədər amerikalı həlak olub? - WP

Ukraynada müharibə başlayandan bəri 16 amerikalı Ukrayna silahlı qüvvələrinin tərəfində döyüşərək həlak olub. Material ABŞ-ın silahlı münaqişələr zamanı həlak olan hərbçilərini xatırladığı 29 May Anım Gününə həsr olunub.
Qaynarinfo bu barədə "The Washington Post”a istinadla xəbər verir.
Ukrayna tərəfində ABŞ-dan nə qədər könüllünün döyüşdüyü hələlik məlum deyil.
2022-ci ilin yazında Ukrayna hakimiyyəti 20 000-dən çox ABŞ vətəndaşının ayda 500-3500 dollar ödəyən ölkənin xarici legionuna qoşulmaq arzusunu ifadə etdiyini bildirib.
Alpər