Xəbər lenti

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir
Ölkə15:32 18.04.2022

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir.
Qaynarinfo xəbər verir ki, bu, "Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Belə ki, qanun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun 7.0-cı maddəsində və "Təhsil haqqında” qanunun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.
Bundan əlavə, qanunun "Əsas anlayışlar” adlanan birinci maddəsinə "inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində "pedaqoji işçi” termininin "müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.