
Azərbaycanın şimal bölgəsindəki torpaqlar paytaxtadaşınır. Bu iddiada bulunan Şimal bölgəsi üzrə Təbiəti MühafizəCəmiyyətinin sədri Nizami Şəfiyevdir. Qaynar.info xəbər verir ki,“Azadlıq” radiosunun müxbiri N.Şəfiyevlə Xaçmazın Çılğır kəndindəgörüşüb.
N.Şəfiyev torpağı daşınmış ərazilərigöstərib. Deyib ki, bu ərazilərdəki kənd təsərrüfatına yararlı torpaqlarpaytaxta daşınanaq iri bağ sahələri olanlara satılır: “Görürsünüzmü?Təkcə buralar deyil. Belə bir yer Şabranın Ağalıq kəndində də var -keçmiş “Konstitusiya” sovxozunun ərazisində... Kənddən Quba istiqamətinəgedəndə yolun şimal hissəsində 4 hektar sahənin əkin üçün yararlı birmetr qalınlığında torpağı Bakıya daşıyıblar”.

Ekoloq Nizami Şəfiyev
Ekoloq iddia edir ki, bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbələrinin gözü qarşısında baş verir.
N.Şəfiyev belə hallardan şikayət edir, nazirlik isə “fakt təsdiqini tapmadı” deyib işi bağlayır:
-Birdə görürsən, bir gecədə 50-100 maşın girir sahəyə, 3 ekskavator dagəlir, qazırlar yükləyirlər maşınlara, aparırlar. Elə vaxt olur ki, birgecədə 2-3 saat ərzində 2-3 hektar ərazinin torpağını yükləyirlər. Buişlə balaca adamlar məşğul olmur, əlbəttə ki, imkanlılar, əli hər yerəçatanlar edirlər bunu... Hər şey ekologiya şöbəsinin gözü qarşısında başverir”.
-Bu torpaqları niyə daşıyırlar?
-Buradan ucuz alıbaparıb Bakıdakı iri bağların sahiblərinə satırlar. Ancaq bir şeyianlamırlar ki, Xaçmazın, Dəvəçinin iqlimi ilə Bakının iqlimi uyğungəlmir. Buradan aparılan torpaqlar getdikcə təsirini itirir, bir neçəildən sonra istifadəyə yaramır.
Ekologiya və Təbii SərvətlərNazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə deyir ki,belə hallar şimal bölgəsində yox, daha çox cənib bölgəsində qeydəalınır: “Onda da icra hakimiyyətinə xəbərdarlıq olunur. Bundan başqa,biz yoldakı yük daşınmalara nəzarət etmirik. Kiminsə maşınını saxlayıbapardığı yüklə maraqlanmaq kimi səlahiyyətimiz yoxdur”.
Nazirliksözçüsü ekoloqla razılaşmır: “Nizami müəllim deyir, belə işlər ekologiyaşöbələrinin gözü qarşısında baş verir. Qətiyyən belə deyil.Rayonlardakı yerli ekologiya şöbələri belə hallara qarşı tədbirlərgörür. Ancaq çox vaxt torpağı elə adamlar özləri satırlar. Əsasən dədağlıq ərazilərdə yaşayanlar... Kimsə öz torpağının üst qatını satırsa,nazirlik ona nə deyə bilər axı?..”
Elə Çılğırkənd sakini Azad Hüseynov özü bu yaxınlarda pay torpağının üst qatınındaşındığını deyir. Ancaq öz razılığı ilə: “İmkansızlqıdan satdıq. Paytorpaqlarıdır, verilib, onsuz da istifadə edə bilmirik, Bakıdangəlirlər, istəyirlər, məcbur olub satırıq. Su yox, gübrə yox, texnikayox... O torpaqdan nə dolanışıq gəlir, nə ruzi...”

Çılğır sakini Azad Hüseynov
Onunhəmkəndlisi Səttar Babayev isə ötən yay pay torpağının üst qatınısatmaqla bütün qışı evinin istiliyini təmin edib: “Puluna odun aldım,bütün qışı evimi isitdim. Başqa bir neçə problemim vardı, həll etdim”.
EkoloqNizami Şəfiyev torpaqların üst qatının daşınmasının zərərlərindəndanışır: “Bu torpaqlar kənd təsərrüfatı üçün olduqca yararlıdır. Daşınıbaparılır və şimal bölgəsində yararlı torpaqlar sürətlə azalır. Yaxıngələcəkdə bu bölgədə bir qarış da yararlı torpaq qalmayaq. Başqatərəfdən, daşınan torpaqların yerində xəndəklər yaranır. Təsəvvür edinki, hektarlarla ərazi xəndəklərə çevrilir. Bu xəndəklərə sular yığılırvə bataqlıqlar əmələ gəlir. Bataqlıq artdıqca müxtəlib həşəratlar daartır. Bu hal hətta xəstəliklərin yaranmasına da səbəb ola bilər”.
Bax,bu xəndəklərin sayı artdıqca bir gün təbiət hamını cəzalandıracaq:torpağı satanı da, alanı da, buna göz yumanı da... Ekoloq belədüşünür...
Qaynar.info