Xəbər lenti

Münhendə terror aktı: Maşını kütələnin üstünə sürdü, 27 nəfər yaralandı
Dünya 16:43 13.02.2025

Münhendə terror aktı: Maşını kütələnin üstünə sürdü, 27 nəfər yaralandı

Bu gün səhər yerli vaxtla saat 10:30 radələrində "Mini Cooper" markalı avtomobil Almaniyanın Münhen şəhərinin mərkəzində həmkarlar ittifaqı nümayişində iştirak edən bir qrup insanın üzərinə düşüb. 

Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 27 nəfər yaralanıb, iki nəfərin vəziyyəti ağırdır. Onarın arasında uşaqların da olduğu bildirilir.
 


Polis avtomobilin sükanı arxasında olduğu ehtimal edilən sürücünü artıq saxlayıb. O, 24 yaşlı Əfqanıstan vətəndaşı olub və Almaniyada sığınacaq axtaran şəxsdir. O, əvvəllər oğurluq və narkotiklə bağlı cinayətlərdə ittiham olunsa da, heç vaxt ölkədən deportasiya olunmayıb.

Bundan əlavə, həbsdən əvvəl polisin avtomobilə atəş açdığı məlum olub. Atışma zamanı yaralananların olub-olmadığı hələlik məlum deyil.
 


Bavariya hakimiyyəti tezliklə mətbuat konfransı keçirəcək və jurnalistlərin suallarını cavablandıracaq. Burada ştatın baş naziri Markus Söder və Bavariyanın daxili işlər naziri Yoahim Herrmann iştirak edəcək. 

Söder öz növbəsində, artıq hadisənin terror aktı olduğunu etiraf edib: "Bu hücum göstərir ki, Almaniyada nəyisə dəyişmək lazımdır və tez bir zamanda".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->